Kerol (film)

Kerol
Carol
Janr dram filmi
Rejissor Todd Heyns
Prodüserlər Elizabet Karlsen
Stiven Vulli
Kristina Vaxon
Ssenari müəllifi Fillis Neyci
Baş rollarda Keyt Blanşett
Runi Mara
Sara Polson
Kayl Çendler
Operator Edvard Laxman
Bəstəkar Karter Böruell
Quruluşçu rəssam Cudi Bekker[d]
İstehsalçılar Film4 Productions[d][3][4], Killer Films[d][3][5][…]
Distribütor The Weinstein Company[d][6], Netflix
İlk baxış tarixi 17 may 2015 Kann, 20 noyabr 2015 ABŞ, 27 noyabr 2015 Birləşmiş Krallıq
Müddət 118 dəq.
Büdcə $11.8 milyon[1]
Gəlir $39 milyon[2]
Ölkələr ABŞ ABŞ
Böyük Britaniya Birləşmiş Krallıq
Dil ingilis dili
İl 2015
Rəng rəngli
Çəkiliş yeri Sinsinnati
IMDb ID2402927
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kerol (ing. Carol) — britaniyalı və amerikalı rejissor Todd Heynsin romantik dram filmidir. Filmin əsasını yazıçı Patrisia Haysmitin "Duzun qiyməti" (həmçinin Kerol kimi də tanınan) romanı təşkil edir. Filmin ssenarisi Fillis Neyci tərəfindən yazılmışdır. Filmdə əsas rolları Keyt Blanşett, Runi Mara, Sara Polson, Kayl ÇendlerCeyk Lesi canlandırmışlar. Hadisələrin 1950-ci illərin Nyu-Yorkunda baş verdiyi filmdə gənc fotoqraf xanım və çətin seçim qarşısında qalmış orta yaşlı qadın arasındakı yasaq sevgidən bəhs edilir.

Kerol filminin istehsalına hələ 1997-ci ildə başlanılmışdır; məhz həmin dövrdə, Fillis Neyci ssenarinin birinci layihəsini tərtib etməyi qərara alır. Böyük Britaniyanın məşhur Film4 Productions şirkəti və onun keçmiş icraçı direktoru Tessa Ross filmin hazırlaması üçün lazımi maliyyə vəsaitini ayırırlar. Öz uzun müddətli "yetişmə dövrünün" gedişatı zamanı, film maliyyələşdirmənin axtarışı, müəllif hüquqları, əsas iştirakçıların iş qrafiklərinin uyğunluğu və lazımlı insanlara çıxışla çətinliklər də daxil olmaqla bir sıra çətin həll olunan maneələrlə rastlaşmışdır. Number 9 Films studiyasının həmtəsisçisi olmuş Elizabet Karlsen romanın ekranlaşdırması üçün tələb olunan bütün hüquqları əldə etdikdən sonra, onun çalışdığı studiya 2011-ci ildə çəkilişlərə qoşulacağını bildirir. Nyu-Yorkun Killer Films şirkətinin əməkdaşı Kristina Vaxon 2013-cü ildə ekranlaşdırılacaq filmin rejissoru ilə tandemdə çıxış etmək məqsədilə bir müddət birqə çalışdığı Todd Heynsə müraciət edir və ondan rəsmi icazəni aldıqdan dərhal sonra layihəyə qoşulur. Əsas çəkilişlər 2014-cü ilin mart ayında Ohayo ştatının Sinsinnati şəhərində başlanır və 34 gün ərzində davam edir. Kinooperator Edvard Laxman Kerol filmini Super 16 mm adlı xüsusi plyonka ilə çəkir.

Kerol 2015-ci ildə keçirilən Kann kinofestivalı zamanı Qızıl Palma Budağı nominasiyası üzrə rəqabət aparmaq üçün seçilir və filmdə baş rolu oynamış Runi Mara əldə etdiyi "Ən Yaxşı Qadın Oyunçu" mükafatını Emmanuell Berkot ilə bölüşür. Film tənqidçilərdən əsasən müsbət rəy alması və müxtəlif film festivallarında bir çox nominasiya əldə etməsinə baxmayaraq, 88-ci Oskar mükafatında 6 nominasiyaya namizəd olan film heç birini qazana bilməmişdi, həmçinin 73-cü Qızıl Qlobus mükafatında 5 nominasiya, 69-cu BAFTA film festivalında isə 9 nominasiyaya namizədlik əldə etməsinə baxmayaraq, tərəfdaş çıxdığı və namizədlik əldə etdiyi sahələrdən heç birində qalib olmamışdır. Bununla belə, Kerol kinotənqidçilər tərəfindən nəşr edilən bir çox publikasiyalarda 2015-ci ilin ən yaxşı filmi adlandırılmış və ümumilikdə 130 filmin də yer aldığı geniş siyahıda top-10-a daxil edilmişdir. Film 20 noyabr 2015-ci ildə ABŞ-də seyircilər üçün məhdud buraxılışda təqdim olunmuş və yalnız 15 yanvar 2016-cı ildə geniş prokata buraxılmışdır. Həmçinin film 27 noyabr 2015-ci ildə Böyük Britaniyada tamaşaçılar üçün nümayiş olunmuşdur.

  1. "Killer Films' Co-Founders Christine Vachon and Pamela Koffler on Lesbian Romance 'Carol' and Indie Resilience". The Hollywood Reporter. September 25, 2015. September 28, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 27, 2015.
  2. "Carol (2016)". Box Office Mojo. November 20, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 14, 2016.
  3. 1 2 film-dienst (alm.). 1947. ISSN 0720-0781
  4. http://www.film4.com/reviews/2015/carol.
  5. http://themuse.jezebel.com/carol-producer-christine-vachon-tells-us-about-building-1743599060.
  6. http://www.hollywoodreporter.com/news/weinstein-acquires-us-rights-carol-558960.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search